Mahir Emrelinin yeni komandasını İstanbulda darmadağın etdilər
25.02.2023 - 22:07
Türkiyə Superliqasında XXIII turun zəlzələ səbəbindən təxirə salınmış matçları keçirilib.
Apasport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" İstanbulda "Fənərbağça"nın qonağı olub. Meydan sahibləri rəqibini 4:0 hesabı ilə darmadağın edib. Digər matçda "Kayserispor" səfərdə "Girəsunspor"u 2:1 məğlub edib.
Qeyd edək ki, İstanbuldakı görüşdə Mahir Emrelinin adı iştirak ərizəsində yer almayıb. Buna səbəb onun transferinin təxirə salınma qərarından sonra edilməsidir.
0
0