45 milyon funt – razılıq var
26.06.2022 - 00:43
45 milyon funt – razılıq var

“Mançester Siti”nin futbolçusu Qabriel Jezusun “Arsenal”a keçidi 
barədə razılıq əldə olunub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubları braziliyalı hücumçu ilə bağlı ortaq məxrəcə gələ bilib.

“Şəhərlilər” bu transferdən 45 milyon funt sterlinq qazanacaq. London təmsilçisi bonuslar hesabına daha 10 milyon xərcə düşə bilər.

Qeyd edək ki, Qabrielin “topçular”la şəxsi müqaviləsi daha öncə razılaşdırılıb.
 

writer photo
Əlirza Əlirzalı
0