“Barselona”nın gözü meksikalı hücumçuda
02.11.2023 - 16:03
“Barselona”nın gözü meksikalı hücumçuda

“Barselona” hücum xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, ispanlar "Feyenord"un hücumçusu Santyaqo Ximenesə elçi düşüb.

22 yaşlı meksikalı futbolçunun Avropa futboluna tez uyğunlaşması “Barselona”nı heyran edib. Avropanın top klubunun diqqət mərkəzində olan forvard üçün Niderland təmsilçisinin böyük məbləğ tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Ximenes son çempionun heyətinə Meksika “Kruz Azul”undan gəlib. Bu mövsüm 12 oyun keçirən hücumçu 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun dəyəri 40 milyon avro ilə qiymətləndirir.
 

writer photo
Əlirza Əlirzalı
0