Salaha ərəblərdən təklif
07.08.2023 - 09:47
Salaha ərəblərdən təklif

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu daha bir ulduzu heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, asiyalılar Məhəmməd Salaha elçi düşüb.

Klub rəhbərliyi Misir millisinin və “Liverpul”un hücumçusuna 2 illik müqavilə təklif edib. Salahın keçidi baş tutsa, ildə 90 milyon avro qazanacaq.

31 yaşlı forvard üçün “Liverpul”la da danışıqlar başlayacaq. İngiltərə klubuna 60 milyon avro təklif olunacaq.

Qeyd edək ki, Salah ötən mövsümün 51 matçında 30 qola imza atıb. 
 

writer photo
Əlirza Əlirzalı
0