Futbola görə yaranan iğtişaşa görə Fransada 170 adam saxlanılıb
11.12.2022 - 18:53
Futbola görə yaranan iğtişaşa görə Fransada 170 adam saxlanılıb

Fransada yaşayan mərakeşlilərin dünya çempionatının yarımfinalına çıxmalarını qeyd etmələri zamanı bir neçə şəhərdə iğtişaşlar baş verib.

Apasport.az xəbər verir ki, bununla əlaqədar Fransada 170-ə yaxın adam saxlanılıb.

Ən çox insan Parisdə saxlanılıb – 100 azarkeş. Onlardan 80-i nəzarətə götürülüb. Bu 80 nəfərdən 23-ü azyaşlıdır.

Qeyd edək ki, Mərakeş millisi tarixdə dünya çempionatının yarımfinalına çıxan ilk Afrika komandası olub.

writer photo
Əlirza Əlirzalı
0