“Qarabağ”da 10 futbolçu qaldı
20.09.2022 - 11:52
“Qarabağ”da 10 futbolçu qaldı

Misli Premyer Liqasının VII turunun “Zirə” ilə oyundan (7:1) sonra 3 günlük istirahətə buraxılan “Qarabağ” məşqlərini sentyabrın 22-də bərpa edəcək. 

Apasport.az saytının məlumatına görə, bunu Ağdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Milli komandalara dəvət almış futbolçular hazırlığa qatılmayacaqlar. “Qarabağ”ın məşqlərində Luka Quqeşaşvili, Amin Ramazanov, İsmayıl İbrahimli, Qara Qarayev, Kevin Medina, Julio Romao, Leandro Andrade, Kadi Borges, Abdullah Zubir və Kvabena Ovusu iştirak edəcəklər.

Qeyd edək ki, “Qarabağ” növbəti matçını oktyabrın 1-də “Neftçi”yə qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0