DÇ-2022: 8 və 20 illik həsrətə son
28.11.2022 - 10:35
DÇ-2022: 8 və 20 illik həsrətə son

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Kanada ilə oyun Xorvatiya yığmasının iki futbolçusu üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandanın 4:1 hesabı ilə qalib gəldiyi görüşdə xorvatların heyətində ikinci qolun müəllifi olan Marko Livaya 20 illik həsrətə son qoyub.

O, DÇ-2002-dən bəri daxili birincilikdə çıxış edən oyunçular arasında Xorvatiya millisinin heyətində mundiallarda fərqlənən ilk oyunçudur. “Hayduk”un yarımmüdafiəçisinə qədər sonuncu dəfə DÇ-2002-də İvitsa Oliç bunu bacarmışdı.

Kanada üzərində böyükhesablı qələbəyə dublla töhfə verən Andrey Kramariç isə Mario Mandzukiçin göstəricisini təkrarlayıb. O, DÇ-2014-də bir qarşılaşmada iki qol sevinci yaşayan Mandzukiçdən sonra buna nail olan ilk futbolçudur.

Qeyd edək ki, F qrupunda qərarlaşan Xorvatiya yığması son oyununu dekabrın 1-də Belçikaya qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0