“Qarabağ”da Anton Krivotsyuk məsələsi yenidən gündəmə gəlib
12.05.2024 - 14:50
“Qarabağ”da Anton Krivotsyuk məsələsi yenidən gündəmə gəlib

“Qarabağ”da Anton Krivotsyuk məsələsi yenidən gündəmə gəlib.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Azərbaycan milli komandasının və “Daejeon”nun müdafiəçisini heyətinə qatmağı planlaşdırır. Belə ki, Azərbaycan çempionu yayda Antonu transfer etmək üçün danışıqları gücləndirəcək. Hələ bir müddət əvvəl Antonun "Qarabağ"a keçəcəyi ilə bağlı xəbərlər dolaşırdı. "Qarabağ"ın onu yeni mövsüm üçün heyətdə düşündüyü bildirilir.

Qeyd edək ki, millimizin üzvü 2023-cü il fevral ayında “Visla”dan (Plok) ayrılaraq “Daejeon”a keçmişdi.

writer photo
Əlirza Əlirzalı
0