“Tottenhem”dən Hoybyerq qərarı
29.11.2023 - 16:57
“Tottenhem”dən Hoybyerq qərarı

“Tottenhem” futbolçusu Pyer-Emil Hoybyerqlə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, İngiltərə klubu yarımmüdafiəçisini heyətində saxlamaq niyyətindədir.

Futbolçunun xidmətində “Yuventus” və “Ayaks” maraqlıdır. Danimarkalını yayda “Atletiko”ya satmayan “Tottenhem” Hoybyerqin başqa kluba keçidinə qarşıdır.

Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci ilin avqustunda “Sauthempton”dan transfer olunub.
 

writer photo
Əlirza Əlirzalı
0