“Lion” Qattuzonu gətirir?
11.09.2023 - 15:36
“Lion” Qattuzonu gətirir?

Cennaro Qattuzo Fransada işləyə bilər.

Apasport.az saytı xəbər verir ki, 45 yaşlı italyan “Lion”un baş məşqçi postuna əsas namizəddir.

Komandanın sahibi Con Tekstor ingiliscə sərbəst danışmağı bacaran məşqçi axtarışındadır. Bir çox mütəxəssisdən mənfi cavab alan Tekstorun favoritinin məhz Qattuzo olduğu bildirilir.

Yaxın günlərdə italiyalı ilə danışıqlara başlamağı planlaşdıran futbol funksioneri veteran futbolçunu razı salacağına inanır. 

Qeyd edək ki, Cennaronun son iş yeri yanvarın sonunda tərk etdiyi İspaniya “Valensiya”sı olub.

writer photo
Əlirza Əlirzalı
0