AFFA-nın derbidən qazancı – 8 min manat
06.10.2022 - 13:22
AFFA-nın derbidən qazancı – 8 min manat

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının VIII turunda baş verənlər müzakirə olunub.

“Qəbələ” ilə oyunda ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in futbolçusu Qustavo de Fransa  1 matç cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” görüşündə hər iki klub cəzalanıb. 54-cü dəqiqədə komandaların azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün klublar hərəyə 4000 manat cərimələnib.

“Sumqayıt”ın azarkeşləri “Kəpəz”lə matçın başlanmasına bir dəqiqə qalmış  meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat ödəyəcək. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan Gəncə klubu 800 manat ziyana düşüb.

writer photo
Əlirza Əlirzalı
0