Azər Əliyev Azərbaycan pasportu aldı
21.10.2022 - 14:09
Azər Əliyev Azərbaycan pasportu aldı

“Neftçi”nin futbolçusu Azər Əliyev Azərbaycan pasportu alıb.

Apasport.az saytının məlumatına görə, bunadək Rusiya vətəndaşı kimi çıxış edən müdafiəçi artıq legioner statusu daşımayacaq.

Azər Misli Premyer Liqası və Azərbaycan kubokunun oyunlarında yerli futbolçu kimi meydana çıxacaq. 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunan futbolçu indiyədək 17 çempionat maçına legioner statusu ilə çıxıb.

Qeyd edək ki, ötən mövsüm 11 görüşdə iştirak edən Əliyev cari çempionatın 6 matçında 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0