“Qarabağ”da ciddi itki
27.07.2022 - 21:44
“Qarabağ”da ciddi itki

Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə qarşılaşan “Qarabağ” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Kevin Medina zədə üzündən matçı yarımçıq başa vurub.

İlk hissənin sonlarında xəsarət alan müdafiəçi oyunu davam etdirə bilməyib. Onu Bədavi Hüseynov əvəzləyib.

Qeyd edək ki, hazırda “Sürix” 1:0 hesabı ilə öndədir.

writer photo
Əlirza Əlirzalı
0