Yurgen Klopp karyerasını başa vurub
31.07.2024 - 22:19
Yurgen Klopp karyerasını başa vurub

Yurgen Klopp pərəstişkarlarını təəccübləndirən bir qərar verərək məşqçilik karyerasını bitirdiyini bildirib.

Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə açıqlama verib:

"Bu gündən etibarən məşqçilik karyeram başa çatır. Bu qərarı birdən-birə verməmişəm. Dünyanın ən yaxşı klublarında çalışdırıcı olmuşam".

Qeyd edək ki, Kloppun ən uğurlu karyerası "Liverpul"la bağlıdır. Təcrübəli çalışdırıcı 9 il rəhbərlik etdiyi "Liverpul"da İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının qalibi olub. O, bu ilin iyun ayında "Liverpul"dan ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0