“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, X turun “Sumqayıt”la matçına təsadüf edib.
Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib.
Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə oynadığı 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.
“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/2023 mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.