“Qarabağ”da çox, “Şamaxı”da yox - “Qəbələ”dən 100 faizlik nəticə
11.12.2022 - 13:04
“Qarabağ”da çox, “Şamaxı”da yox - “Qəbələ”dən 100 faizlik nəticə

Misli Premyer Liqasının 16 turu arxada qalıb.

Apasport.az saytının məlumatına görə, keçirilən 80 oyunda 30 penalti təyin olunub.

11 metrlik nöqtədən vurulan zərbələrin 25-i qolla nəticələnib. 5 imkandan isə istifadə olunmayıb. Dəqiqlik faizi 83,3 faizə bərabərdir.

10 komandadan 9-u penalti vurub. Yalnız “Şamaxı” belə imkan qazanmayıb. “Qarabağ” hamıdan çox – 7 dəfə 11 metrlik cərimə zərbəsi vurub. 100 faizlik nəticə göstərən ən yaxşı komanda “Qəbələ”dir. Bu komanda 5 zərbədən dəqiq olub.

Ən qeyri-dəqiq isə “Sabah”dır. Bakılılar beş imkandan ikisini qaçırıb. Maraqlıdır ki, bu komandada hər zərbəni ayrı futbolçu vurub.

komanda

penalti

qol

1

Qarabağ

7

6

2

Qəbələ

5

5

3

Sabah

5

3

4

Neftçi

4

4

5

Turan Tovuz

3

3

6

Zirə

3

2

7-8

Səbail

1

1

 

Sumqayıt

1

1

9

Kəpəz

1

0

10

Şamaxı

0

0

Cəzalanan komandaların da sayı 9-dur. Yalnız “Qarabağ”ın qapısına penalti təyin olunmayıb.

Ən çox cəzalanan isə “Səbail”dir. Amma bakılılar 6 zərbədən beşində qol buraxıb.

komanda

penalti

qol

1

Səbail

6

5

2

Sumqayıt

5

4

3

Sabah

4

4

4-5

Neftçi

4

3

 

Turan Tovuz

4

3

6

Kəpəz

3

2

7

Şamaxı

2

2

8-9

Qəbələ

1

1

 

Zirə

1

1

10

Qarabağ

0

0

Ən çox penalti vuran futbolçulara gəlincə, çempionatın bombardiri Ramil Şeydayev hamıdan çox 11 metrlik zərbə vurub. “Qarabağ”ın hücumçusu 6 imkandan dəqiq yararlanıb. İsnik Alimi (“Qəbələ”) 5, Emin Mahmudov (“Neftçi”) 4, Runi Eva (“Turan Tovuz”) 3 belə şans qazanıb. Onların hamısı yüzfaizlik nəticə göstərib.

 

writer photo
Əlirza Əlirzalı
0