"Qarabağ"da Lunyov dövrü bitir
30.05.2024 - 13:00
"Qarabağ"da Lunyov dövrü bitir

"Qarabağ" Andrey Lunyovla yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytına verilən məlumata görə, rusiyalının komandada qalmayacağı dəqiqləşib. 

Belə ki, ölkə kubokunun "Zirə"yə qarşı keçiriləcək final oyunundan sonra Andrey Azərbaycanı tərk edəcək.

Onunla müqavilə müddəti artırılmayacaq. 

Qeyd edək ki, Lunyov mövsümün əvvəlində " Bayer"dən ayrılaraq "Qarabağ"a keçmişdi.

writer photo
Əlirza Əlirzalı
0