Kalyexon İspaniyaya qayıtdı
25.07.2022 - 16:35
Kalyexon İspaniyaya qayıtdı

Xose Kalyexonun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, ispaniyalı vinger karyerasını vətənində davam etdirəcək.

O, azad agent kimi “Qranada”ya keçib. Kalyexonun son klubu “Fiorentina” olub.

35 yaşlı futbolçu “Real”ın yetirməsi olsa da, uzun illər İtaliyada çıxış edib. 2013-cü ildə 9,5 milyon avroya “Napoli”yə keçən vinger bu klubda 349 oyunda 82 qola imza atıb. 2020-cio ildə azad agent kimi Florensiya təmsilçisinə keçən Kalyexon burada 55 matça çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0