Marko Roys "Borussiya"dan ayrılır
16.01.2024 - 15:31
Marko Roys "Borussiya"dan ayrılır

12 ildir "Borussiya"da forma geyinən Marko Roys əfsanəyə çevrildiyi klubu tərk etmək üzrədir.

Apasport.az alman mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda Dortmund klubu ilə müqaviləsi bitəcək futbolçu klubu ilə müqaviləsini uzatmayacaq.

Xəbərdə 34 yaşlı futbolçunun komandadan ayrılmağı ciddi şəkildə düşündüyü iddia edilib. Roysun "Borussiya Münhenqladbax"a qayıtma ehtimalının olduğu bildirilib.

Qeyd edək ki, "Borussiya"da 410 matça çıxan Roys 167 qol vurub, 124 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0