“Qarabağ”da yeni müqavilə
24.08.2022 - 14:00
“Qarabağ”da yeni müqavilə

“Qarabağ” yeni sponsorluq müqaviləsi imzalayıb.

Apasport.az saytının məlumatına görə, tədbir yeni sponsor “Liv Bona Dea Hospital”ın konfrans zalında keçirilib.

Keçən ay “Neftçi” ilə əməkdaşlıq müqaviləsi bağlayan “Liv Bona Dea Hospital” bu dəfə “Qarabağ”la birgə əməkdaşlığa başlayıb. İmzalanma mərasimində "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, marketinq meneceri Yusif Cəfərov və hospitalın baş direktoru Taner Özbek iştirak edib.

Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komandalarına tibbi xidmət göstərəcək.

writer photo
Əlirza Əlirzalı
0