“Çelsi”dən “İnter”ə imtina
16.06.2022 - 12:28
“İnter” Romelu Lukakunun icarəsi üçün “Çelsi”yə rəsmi sorğu göndərib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu 29 yaşlı hücumçu üçün 5 milyon avro ödəmək istəyir.
İngiltərə təmsilçisi bu təklifi imtina ilə cavablandırıb. Amma milanlılar danışıqları davam etdirmək niyyətindədir.
Belçikalı hücumçu da artıq qərarını verib. O, klub rəhbərliyi və baş məşqçiyə İtaliyaya qayıtmaq istədiyini bildirib.
Qeyd edək ki, “Çelsi” oyunçusunun icarəsi üçün 12 milyon avro almağı planlaşdırır.
0
0