"Herd Müller" mükafatı sahibini tapdı
29.10.2024 - 00:23
"Herd Müller" mükafatı sahibini tapdı

"France Football"ın təsis etdiyi “Qızıl top”un təltifetmə mərasimi davam edir.

Apasport.az xəbər verir ki, tədbirdə "Herd Müller" nominasiyasının da qalibi bəlli olub.

Mövsümdə ən çox qol vuran futbolçuya verilən mükafat Harri Keynə təqdim edilib. "Bavariya" və Almaniya millisinin futbolçusu geridə qoyduğumuz sezon 52 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0