“Qarabağ”dan ardıcıl ikinci qələbə - YENİLƏNİB
06.10.2023 - 00:53
“Qarabağ”dan ardıcıl ikinci qələbə - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ikinci matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri ilk səfər matçında “Hakken”lə görüşüblər və “Qarabağ” qrupda ardıcıl ikinci qələbəsini qazanıb. İlk oyunda “Molde”ni bir qolla yenən çempionumuz Skandinaviyanın digər təmsilçisini də itkisiz keçib.

Qeyd edək ki, qrupun digər qarşılaşmasında “Molde” “Bayer”i qəbul edib və qonaq komanda 2:1 hesabı ilə qalib gəlib.

Avropa Liqası, qrup mərhələsi
II tur, H qrupu
5 oktyabr
23:00. “Hakken” (İsveç) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol:
Juninyo, 70
Baş hakim: Sebastyan Qişamer (Avstriya)
"Hekken": 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 5. Even Hovland, 8. Abdulrazaq İshaq, 10. Ali Yussef, 15. Kadir Hodziç, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 22. Tobias Sana, 25. Abdulaye Faye, 27. Romeo Amane, 39. İsak Brusberq.
Baş məşqçi: Per Matias Hoqmo
"Qarabağ": 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov
Höteborq. “Ullevistadionu

1

Bayer

2

2

0

0

6-1

6

2

Qarabağ

2

2

0

0

2-0

6

3

Molde

2

0

0

2

1-3

0

4

Hakken

2

0

0

2

0-5

0

writer photo
Əlirza Əlirzalı
0