“Qarabağ”dan Mateus üçün 350 min avro
24.08.2023 - 15:11
“Qarabağ”dan Mateus üçün 350 min avro

“Qarabağ”ın Mateus da Silvanın transferi üçün ödədiyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi braziliyalı üçün Plovdiv “Lokomotiv”inə təzminat ödəyib. 

Azərbaycan çempionu Mateus üçün 350 min avro xərcə düşüb. Bu vəsait Bolqarıstan klubuna ödənilib.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi “Qarabağ”la 2+2 illik müqaviləyə qol çəkib.
 

writer photo
Əlirza Əlirzalı
0