"Qarabağ"dan tarixi qələbə - YENİLƏNİB
16.02.2024 - 02:02
"Qarabağ"dan tarixi qələbə - YENİLƏNİB

"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. 

Apasport.az xəbər verir ki, "köhlən atlar" Portuqaliyada "Braqa"nın qonağı olub. 

Qurban Qurbanovun yetirmələri səfərdə "Braqa"nı məğlub etməyi bacarıb: 4:2.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

15 fevral

00:00. "Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) 2:4

Qol: Yankoviç, 21, Banza, 44, Zubir, 54,, 69, Juninyo, 65, Moutinyo, 90+

Baş hakim: Morten Kroq (Danimarka).

"Estadio Municipal de Braga".

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

Baş məşqçi: Artur Jorje

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov: 

writer photo
Əlirza Əlirzalı
0