"Qarabağ"ın açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlandı
03.08.2024 - 15:20
"Qarabağ"ın açıq məşqinin və mətbuat konfransının vaxtı açıqlandı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Lüdoqorets” (Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 5-i saat 17:45-də “Azersun Arena”da baş tutacaq. 18:15-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 20:00-da, baş məşqçi Georgi Dermendzhievin mətbuat konfransı isə 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0