Rüstəm Orucov Portuqaliyada masterklass keçəcək
20.08.2024 - 14:51
Rüstəm Orucov Portuqaliyada masterklass keçəcək

Azərbaycan millisinin sabiq cüdoçusu, Avropa çempionu, Olimpiya oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Portuqaliyada masterklass keçəcək.

Apasport.az xəbər verir ki, azərbaycanlı mütəxəssis avqustun 29-31-də keçiriləcək təlim-məşq toplanışında iştirak etmək üçün seminara dəvət olunub.

Bu, Portuqaliya tərəfinin dəvəti ilə gerçəkləşib. Orucov gənc cüdoçulara ustalığın əsaslarını nümayiş etdirəcək və bu müddət ərzində üç fərqli idman kompleksində məşq keçəcək. Orucov idmançı karyerası ərzində onun vizit vərəqi olan imza texnikasını nümayiş etdirəcək.

Qeyd edək ki, Orucov Avropa Cüdo İttifaqının idman komissarıdır.

writer photo
Əlirza Əlirzalı
0