Avqustun 2-də Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bəlli olacaq.
III təsnifat mərhələsində “Ferensvaroş”la görüşəcək Ağdam təmsilçisi mərhələ adlamasa, yoluna Avropa Liqasında davam edəcək. Püşkdə komandalar 4 qrupa bölünəcək.
1-ci qrupda yarışa birbaşa Avropa Liqasının pley-offundan başlayanlar, 2-cidə Çempionlar Liqasının III təsnifat mərhələsinin uğursuzları yer alıb. Avropa Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunda qalib gələnlər 3-cü, Liqa yolunda sevinənlər 4-cü qrupda olacaq.
Püşkatma 4 hissədən ibarət olacaq. 4-cü qrupun 2 komandası 1-ci qrup təmsilçiləri ilə düşəcək. 1-ci qrupun digər 5 klubu 3-cü qrupdan rəqib gözləyir.
“Qarabağ”ın yer aldığı qrupun cütləri bir-biri ilə düşə bilər. Yəni ağdamlıların “Ferensvaroş”la cütündə uduzanı elə Çempionlar Liqasında eyni taleyi yaşayan gözləyəcək. Buradakı mümkün 5 cütdən biri – “Srvena Zvezda – “Pünik” dueli təmsilçimizə rəqib ola bilməz. Azərbaycan çempionunu burada 4 cüt gözləyir.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
1-ci qrup
“Gent” (Belçika)
“Austriya” (Avstriya)
“Harts” (Şotlandiya)
“Omoniya” (Kipr)
“Sivasspor” (Türkiyə)
“Dnepr-1” (Ukrayna)
“Silkeborq” (Danimarka)
2-ci qrup
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün məğlubu
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün məğlubu
“Ferensvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubu
“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün məğlubu
“Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün məğlubu
3-cü qrup
“Malmö” (İsveç) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) – “Sürix” (İsveçrə) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Maribor” (Sloveniya) – HİK (Finlandiya) cütünün qalibi
4-cü qrup
AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi
“Fənərbaxça” (Türkiyə) – “Slovaçko” (Slovakiya) cütünün qalibi