"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşəcək
29.08.2024 - 22:34
"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşəcək

"Qarabağ" Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsində mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, liqa mərhələsinin püşkü sabah atılacaq. Qurban Qurbanovun yetirmələrinin rəqibləri Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə bəlli olacaq.

Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq. İştirakçıların rəqibləri də püşkdə bəlli olacaq.

 Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünəcək. Komandalar hər səbətdən iki rəqiblər – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.

 8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

Artıq 36 klubdan 24-ü bəllidir: “Roma”, “Mançester Yunayted”, “Porto”, “Reyncers”, “Latsio”, “Ayntraxt”, “Tottenhem”, “Slaviya”, “Real Sosyedad”, “Alkmaar”, “Olimpiakos”, “Lion”, “Fənərbaxça”, “Qarabağ”, “Qalatasaray”, “Bodo Qlimt”, “Union Sent Jiloaz”, “Dinamo” K, “Midtulland”, “Malmö”, “Atletik”, “Hoffenhaym”, “Nitsa”, “Tvente”.

Digər 12 komanda Avropa Liqasının bugünkü görüşlərindən sonra dəqiqləşəcək. Bundan sonra bütün klubların səbətləri müəyyənəşəcək. Komandamız ya ikinci, ya üçüncü səbətə düşəcək.

Qeyd edək ki, liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.

 2024-cü il

I tur: 25-26 sentyabr

II tur: 3 oktyabr

III tur: 24 oktyabr

IV tur: 7 noyabr

V tur: 28 noyabr

VI tur: 12 dekabr

2025-ci il

VII tur: 23 yanvar

VIII tur: 30 yanvar

 

 

writer photo
Əlirza Əlirzalı
0