“Qarabağ”ın futbolçusuna daha bir müştəri – bu dəfə...
12.01.2023 - 14:05
“Qarabağ”ın futbolçusuna daha bir müştəri – bu dəfə...

"Qarabağ"ın futbolçusu Leandro Andradeyə daha bir klub elçi düşüb. 

Apasport.az saytının məlumatına görə, Rusiya "Krasnodar" ilə yanaşı, Premyer Liqadan "Axmat" də kabo-verdeli legionerin xidmətində maraqlıdır. 

Lakin "Qarabağ" Andrade ilə bağlı hər 2 kluba mənfi cavab verib. Bildirilib ki, Ağdam klubu 24 yaşlı futbolçunu satmayacaq. 

Qeyd edək ki, ötən il Bolqarıstanın "Çerno More" klubundan transfer edilən Leandro 2025-ci il iyunun 30-dək "Qarabağ"a məxsusdur.

writer photo
Əlirza Əlirzalı
0