“Qarabağ” “Krasnodar”ın futbolçusu Kadi Borgesi geri qaytarmaq istəyib.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Rusiya klubunda oynamaq şansı tapmayan sabiq futbolçusunu geri qaytarmaq barədə götür-qoy edib. Lakin Rusiya klubunun şərtlərindən sonra bu planlarının üstündən xətt çəkiblər.
Belə ki, “Qarabağ” braziliyalını ən yaxşı halda bir illik icarəyə götürməyi istəyib. Lakin “Krasnodar” bu icarə üçün nə az-nə çox 1 milyon avrodan çox pul istəyib.
Buna görə də, “Qarabağ” Kadini geri qaytarmaq fikrindən vaz keçib. Amma Azərbaycan çempionu maliyyə şərtləri uyğun olacağı təqdirdə, Kadini geri qaytarmaq istəyir.
2023-cü il yanvarın 14-də "Krasnodar"la müqavilə imzalayan 28 yaşlı yarımmüdafiəçi 2026-cı il iyunun 30-na qədər Rusiya klubuna məxsusdur.