"Qarabağ"ın legioneri klub tapmadı, geri qayıtdı
15.01.2024 - 10:21
"Qarabağ"ın legioneri klub tapmadı, geri qayıtdı

“Qarabağ”ın yollarını ayırmağa çalışdığı Adama Diakabi ölkəmizə qayıdıb.

Apasport.az saytına verilən məlumata görə, bir müddətdir Fransada olan yarımmüdafiəçi orada özünə komanda tapa bilmədiyi üçün geri qayıtmağa məcbur olub.

Hazırda Diakabi “Qarabağ”ın məşqlərində iştirak edir. Lakin Ağdam təmsilçisi onu istənilən halda, komandada saxlamağı planlaşdırmır.

Adama hələ də yeni komanda axtarışındadır. Lakin futbolçunun tez-tez zədələnməsi, buna baxmayaraq, maaşının yüksək olması klubların ona olan marağını sıfıra endirib. İstənilən halda, 27 yaşlı futbolçunun xidmətində maraqlı olan klub tapılsa, “Qarabağ” onu elə qışda azad agent kimi buraxmağa razılaşacaq. 


Qeyd edək ki, 2023-cü il yanvarın 13-də “Qarabağ”a keçmiş Diakabinin müqaviləsi 2025-ci il iyunun 30-na kimi qüvvədədir.

writer photo
Əlirza Əlirzalı
0