“Qarabağ”ın maraq dairəsində olan şotland qapıçı
15.08.2022 - 15:00
“Qarabağ”ın maraq dairəsində olan şotland qapıçı

Transfer çalışmalarını davam etdirən “Qarabağ” qapı xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının (ÇL) qrupuna vəsiqə qazansa, bir təcrübəli qolkiperi heyətinə qatmağa çalışacaq.

Həmçinin ÇL-in qrupu amili də transfer danışığı zamanı ağdamlıların əlini gücləndirəcək. “Qarabağ”ın maraq dairəsində olan qapıçılardan biri də şotlandiyalı Allan Makqreqordur.

40 yaşlı şotland qolkiper klubu “Reyncers”də heyətdəki yerini itirdiyindən, onun Azərbaycana gəlişi çətin görünmür. Yeganə problem Makqreqorun yaşının çoxluğudur. Bu üzdən rəhbərlik digər variantları da nəzərdən keçirməklə məşğuldur.

“Qarabağ” Makqreqor transferində qərarını qətiləşdirsə, onunla qısamüddətli müqavilə bağlamaq üçün danışıq aparacaq.

Qeyd edək ki, 2018-ci ildən “Reyncers”də çıxış edən Allan Makqreqorun Şotlandiya klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0