"Fənərbaxça"dan "Reyncers"ə
10.01.2024 - 12:55
"Fənərbaxça"dan "Reyncers"ə

"Fənərbaxça"nın belçikalı ulduzu Mişi Batşuayi komandadan ayrıla bilər. 

Apasport.az yerli mətbuata istinadla xəbər verir ki, bu mövsüm istədiyi şansı qazana bilməyən hücumçunun komandadan ayrılması gündəmdədir. 

Yanvarda "Fənərbaxça" ilə vidalaşacağı gözlənilən ulduz futbolçu Belçika və İngiltərə komandaları ilə yanaşı “Reyncers”in də marağındadır.

Məlumata görə, "Reyncers"in meneceri Filip Klement yüksək səviyyəli hücumçu axtarır və Batşuayi bu meyarlara uyğun gəlir.

Qeyd edək ki, Batşuayi Belçika millisinin heyətində 53 oyuna çıxıb, 27 qol vurub. 

writer photo
Əlirza Əlirzalı
0