“Real”da 3 illik müqavilə
28.10.2022 - 15:11
“Real”da 3 illik müqavilə

“Real”ın hücumçusu Vinisius Junior uzun müddət “kral klubu”nda qalacaq.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü madridlilərlə yeni müqavilə imzalayıb.

Ancaq bunun nə zaman rəsmən açıqlayacağına hələ qərar verilməyib. La Liqa çempionu 3 braziliyalı oyunçusu Vinisyus Junior, Rodriqo Qoes və Eder Militao ilə anlaşmanı eyni vaxtda elan etməyi planlaşdırır.

Yeni müqaviləyə əsasən, Vinisyusun sözləşməsi 2024-cü ildən 2027-ci ilə qədər uzadılıb. 22 yaşlı forvardın maaşı da artırılıb.

Qeyd edək ki, Vinisyus Junior 2018-ci ildən “Real”ın formasını geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0