Şahin Diniyev: “Nolub ki, Kimsə ölüb? Futboldur da” - MÜSAHİBƏ
21.10.2023 - 00:13
Şahin Diniyev: “Nolub ki, Kimsə ölüb? Futboldur da” - MÜSAHİBƏ

“Azarkeşlər yaxşı futbol izlədilər. Oyunda hər şey var idi. Hər iki komanda qalib gələ bilərdi. Layiqli futbol oynadıq. Standart vəziyyətdən lazımsız qol buraxdıq. Bundan sonra hesabın 2:3 və 2:4 olmasının heç bir fərqi yox idi. Bu gün komandadan razıyam. "Neftçi"ni təbrik edirəm. İstəkləri çox idi. Belə oynasaq, nəticələr gələcək. Düz yoldayıq”.

Apasport.az-ın məlumatına görə, “Səbail”in baş məqşçisi Şahin Diniyev “Neftçi” ilə oyun barədə bunları deyib.

Təcrübəli mütəxəssis mətbuat konfransında fasiləyə yaxın buraxılan qolun komandaya təsir etdiyini bildirib.

- Hesab bərabərləşəndən sonra komandanız müdafiəyə çəkildi. 1 xal sizi qane edirdi?
- Deməzdim. Mənim futbol fəlsəfəm elədir ki, istəyirəm daim hücum edək, şən futboloynayaq. 10 oyunun hamısında qol vurmuşuq. Müdafiədə oturmadıq. Ondan sonra da hücumlar etdik. Bu gün meydana qələbə üçün çıxmışdıq. Kiminlə oynamağımızdan asılı olmayaraq müdafiədə oturmayacağıq. Xoşbəxtliyi rəqib qapısında axtarmağa çalışırıq. 

- Adətən erkən qol rəqibin planlarını pozur. Bu gün belə göründü ki, sizin planınızı pozdu...
- Belə hallarda futbolçularda psixoloji rahatlıq yaranır. Bütün komandalarda belədir, qol vurandan sonra qapını toxunulmaz saxlamağa çalışırsan. Bu da mane olur. İlk 15 dəqiqədə qol vurmaq istəyirdik. Buna nail olduq. İstəmədən müdafiəyə oturduq. Amma bundan sonra 3 dənə qol şansımız oldu. İkinci qolu vursa bilsəydik, bizim üçün daha yaxşı olardı. 1:0 sürüşkən hesabdır. 0:0 bundan daha yaxşıdır. Çünki konsentrasiyanı itirmirsən. 

- Cabir Əmirli əməliyyat olunub, bu gün Süleyman Əhmədov zədələndi. Həmin mövqedə yalnız Rafael Məhərrəmli var. Bu, sizi narahat etmir?
- Hər mövqeyə 2 bərabərsəviyyəli oyunçu transfer etmək istəyirdik. Bircə sağ cinahda problemimiz qaldı. Bir futbolçu ilə danışırdıq. Son məqamda başqa klub keçdi deyə o mövqeni doldura bilmədik. Nə olursa, yaxşılığa doğru olur. Rotasiya da edə bilərik, Rafael də oynaya bilər. Bunu böyük problem kimi qəbul etmirik. Bəhanə gətirmək istəmirəm. Boşluq varsa, bu, baş məşqçinin günahıdır. 

- Keçmiş olsun...
- Nolub ki, Kimsə ölüb? Futboldur da. Üç nəticədən biri qeydə alınır. Heyat davam edir. Pis oynayıb uduzmadıq. "Neftçi"nin bu gün əvəzetmədən oyuna girə futbolçuları bizim heyətə bəs edir.

- Fasiləyə saniyələr qalmış qol buraxdınız. Bu, oyunun qırılma nöqtəsi oldu?
- Fasilə ərəfəsində vurulan qol soyuq duş kimidir. İkinci hissəyə çıxanda təzyiq göstərib ikinci qolu vurmağı tapşırmışdıq. Bunu da etdik. Sadəcə buraxdığımız qol planlarımızı pozdu.

writer photo
Əlirza Əlirzalı
0