Türk voleybolçudan rekord göstərici
09.07.2024 - 12:31
Türk voleybolçudan rekord göstərici

Voleybolçu Eda Erdem adını Türkiyə idmanı tarixinə yazdırmağa yaxındır.

Apasport.az xəbər verir ki, milli komandanın kapitanı olan Eda Paris Olimpiadasına qatılmaqla yeni rekorda imza atacaq.

Belə ki, o, Türkiyə idmanı tarixində komanda idman növlərində Olimpiya Oyunlarına 3-cü dəfə gedən ilk idmançıdır.

Qeyd edək ki, Paris-2024 məşhur türkiyəli voleybolçulardan Melissa Varqasın ilk, Zehra Güneşin ikinci olimpiadasıdır.  

writer photo
Əlirza Əlirzalı
0