Türkiyə millisindən möhtəşəm geridönüş
29.07.2024 - 13:35
Türkiyə millisindən möhtəşəm geridönüş

Paris-2024 Yay Olimpiya Oyunlarının qadınlar arasında voleybol yarışlarında Türkiyə millisi tarixi geridönüşə imza atıb. 

Apasport.az xəbər verir ki, C qrupunun I turunda qardaş ölkənin milli komandası Hollandiya ilə qarşılaşıb. 

"Filenin sultanları" 2:0 məğlub olduğu matçda geridönüş edərək 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13) hesablı qələbə qazanıblar. 

Türkiyə növbəti oyununu avqustun 1-də Dominikan Respublikasına qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0