Uruqvaylı futbolçular azarkeşləri döyüb - VİDEO
11.07.2024 - 10:24
Uruqvaylı futbolçular azarkeşləri döyüb - VİDEO

Kopa Amerikanın yarımfinal mərhələsi çərçivəsində keçirilən Kolumbiya - Uruqvay görüşündən sonra xoşagəlməz hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, oyun bitən kimi Uruqvay millisinin bir neçə futbolçusu kolumbiyalı azarkeşlərlə dalaşmağa başlayıb.

Oyundan sonra mətbuata açıqlama verən uruqvaylı futbolçu Xose Mariya Ximenez iddia edib ki, kolumbiyalı azarkeşlər futbolçuların ailələrini təhqir edib. Futbolçular da ailələrinin təhlükəsizliyini qorumaq məqsədilə bu addımı atıblar. O, turnir təşkilatçılarından təhlükəsizliyin qorunması üçün gücləndirilmiş rejimdə çalışmağı tələb edib.

Azarkeşlərlə davada diqqət çəkən məqamlardan biri də Darvin Nunezin fəallığı olub.

Xatırladaq ki, Uruqvay – Kolumbiya oyunu 0:1 hesabı ilə başa çatıb və Kolumbiya millisi finalda Argentinanın rəqibi olub. 

writer photo
Əlirza Əlirzalı
0