“Mançester Yunayted” ziyanda
31.03.2023 - 11:44
“Mançester Yunayted” ziyanda

“Mançester Yunayted”in borcu artıb.

Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisinin borcu 477,1 milyon sterlinqdən 535,7 milyona yüksəlib.

2021-ci ili 1,4 milyard funt sterlinq zərərlə tamamladıqdan sonra “qırmızı şeytanlar” ötən il 6,3 milyon gəlir əldə ediblər.

“Mançester Yunayted” bu mövsüm transferlərə ümumilikdə 240 milyon avro xərcləyib. 

Qeyd edək ki, Premyer Liqada 26 matça çıxan komanda 50 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0