“Roma” - “Feyenoord”: Kim güclüdür?
25.05.2022 - 12:54
“Roma” - “Feyenoord”: Kim güclüdür?

Konfrans Liqasının “Feyenoord”la final oyunu “Roma” üçün əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu avrokuboklarda yubiley matçına çıxacaq.

1958-ci ildən Avropa arenasında mübarizə aparan “canavarlar” bu gün 300-cü görüşünü keçirəcək. “Feyenoord”un beynəlxalq təcrübəsi də romalılardan az deyil. Niderland klubu 1961-ci ildən bəri avrokuboklarda 275 rəsmi matçda iştirak edib.

Maraqlıdır ki, geridə qalan illər ərzində bu komandalar cəmi bir dəfə üz-üzə gəliblər. Bu, 2014/15 mövsümündə Avropa Liqasının 1/16 final mərhələsinə təsadüf edib. Qrupdan sonra qarşılaşan rəqiblərin duelində “Roma” ümumi hesabda 3:2 hesablı qələbə qazanıb (1:1, 2:1).

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada keçiriləcək “Roma” – “Feyenoord” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0