Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun daha bir oyununu buraxacaq.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvard Çempionlar Liqasının II təsnifat mərhələsində “Şkupi” ilə keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.
Bunu Xorvatiya çempionunun baş məşqçisi Ante Çaçiç açıqlayıb. Çalışdırıcı bildirib ki, ölkə çempionatının I turunda “Lokomotiva” (3:2) ilə görüşü buraxan Mahir Emreli, Boşko Şutalo və Marko Bulat Şimali Makedoniya təmsilçisinə qarşı bugünkü dueldə də heyətdə yer almayacaq.
Qeyd edək ki, “Dinamo” ilə “Şkupi” arasında “Maksimir” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.