“Qarabağ”ın maraqlandığı futbolçuya Qazaxıstandan təklif
28.11.2022 - 10:42
“Qarabağ”ın maraqlandığı futbolçuya Qazaxıstandan təklif

“Qarabağ”ın transfer gündəmində olan “Banqkok Yunayted” klubunun futbolçusu Tristan Do daha bir neçə komandanın maraq dairəsinə düşüb.

Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, Tailand millisinin sağ cinah müdafiəçisi karyerasını bu ölkədə davam etdirə bilər.

Azərbaycan çempionu ilə yanaşı, 29 yaşlı oyunçunu “Astana” və “Aktobe” də heyətinə qatmaq niyyətindədir. Həmçinin adı açıqlanmayan Kipr klubu da Fransa əsilli futbolçu uğrunda mübarizə aparır. 2014-cü ildən Tailandda çıxış edən “Loryen”in yetirməsi özü isə Avropaya köçməyin əleyhinə deyil.

Qeyd edək ki, 2018-ci ildən “Banqkok Yunayted”in formasını geyinən Tristan Donun klubla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0