"Qarabağ"ın mümkün rəqibləri qarşı-qarşıya
09.07.2024 - 10:45
"Qarabağ"ın mümkün rəqibləri qarşı-qarşıya

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı mümkün rəqibləri arasında ilk oyun  keçiriləcək.

Apasport.az xəbər verir ki, I təsnifat mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmada tərəflər “Hamrun Spartans”la “Linkoln”dur. “Qarabağ” ilk mərhələdən azaddır. 

Cütün ilk dueli Maltada baş tutacaq. Komandalar arasında cavab oyunu isə 1 həftə sonra Cəbəllütariqdədir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0