“Qarabağ”ın oyununda belçikalı hakimlər
28.11.2023 - 13:25
“Qarabağ”ın oyununda belçikalı hakimlər

Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək “Molde” - “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Norveçdəki görüşü belçikalı ədalət təmsilçiləri idarə edəcək. Erik Lambrexts oyunun baş hakimi olacaq.

Ona Co de Veyrdt və Kevin Monteni kömək edəcəklər. Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Fansalı Benua Millo və belçikalı Yan Boterberq VAR hakimləri olacaqlar.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

writer photo
Əlirza Əlirzalı
0