"Barselona" bu yay "Atletiko"nun vingeri Yanik Fereyra Karaskonu transfer edə bilər.
Apasport.az xəbər verir ki, "Barsa" Memfis Depayın transferi ilə bağlı danışıqlar zamanı razılaşdırılan futbolçunun satın alma məbləğini azaltmaq istəyir.
Bundan əlavə, klub "9 nömrə" mövqeyində Robert Levandovskiyə alternativ olacaq hücum xəttini gücləndirmək istəyir. Əsas hədəf “Atletiko Paranaense”dən olan 18 yaşlı Vitor Rokedir.
Əgər o, müqavilə imzalaya bilməsə, "Barselona" ötən ilin qışından yayadək Kataloniya klubunda çıxış etmiş və hazırda "Çelsi"də əsas heyətə düşməyən Pyer-Emerik Obameyanqa müraciət edə bilər. Qeyd olunur ki, Obameyanqın transferi yalnız London klubundan pulsuz ayrılacağı təqdirdə mümkündür.
Məşqçilər heyəti Rokeni çox sevir. Onun alınması artıq Xavi tərəfindən təsdiqlənib. Lakin artıq “Barselona” hücumçunun agentlərinə təxminən 50 milyon avro ödəməyə hazır olmadıqlarını bildirib.
Bu transferləri həyata keçirmək üçün "Barselona"nın futbolçu satması lazımdır. Daha əvvəl xəbər verildiyi kimi, klub Ansu Fati, Feran Tores və Rafinya üçün təklifləri dinləməyə hazırdır.