“Real” Benzemaya əvəzləyici alır
19.05.2023 - 16:13
“Real” Benzemaya əvəzləyici alır

“Real” yay transfer pəncərəsində hücumçu almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Kərim Benzemaya əvəzləyici almaq istəyir.

Madridlilər “Espanyol”un forvardı Xoselunun xidmətində maraqlıdır. “Real” La Liqada qalmaq üçün mübarizə aparan Barselona təmsilçisi ilə danışıqlara başlamayıb.

33 yaşlı futbolçu La Liqada cari mövsümün 31 matçında 15 qol vurub. O, yarışın bombardirləri siyahısında 3-cü yerdədir. Yalnız “Barselona”dan Robert Levandovski (21 qol) və “Real”dan Kərim Benzema (17 qol) daha çox fərqlənib.

Qeyd edək ki, Xoselu əvvəllər də “Real” forması geyinib. O, 2009-cu ildə keçdiyi Madrid klubunda 2011-ci ildə debüt edib.

writer photo
Əlirza Əlirzalı
0