Qələbə qolunun müəllifi: “Ölməmişik, hələ də diriyik”
28.10.2022 - 01:58
Qələbə qolunun müəllifi: “Ölməmişik, hələ də diriyik”

“Bizim inanılmaz azarkeşlərimiz var. Əvvəldən sona kimi komandanı dəstəklədilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın hücumçusu İqnatius Qanaqo Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

90+5-ci dəqiqədə komandasına 3 xal qazandıran qola imza atan kamerunlu forvard son tura daha inamlı çıxacaqlarını söyləyib: “Azarkeşlərin dəstəyi bizi daha da ruhlandırdı. Nəticədə qələbə ilə mükafatlandırıldıq, xoşbəxtik. Qalib gəlmək istəyirdik. İndi çoxlu imkanlar var - Konfrans Liqası və ya Avropa Liqası. Növbəti həftə “Olimpiakos”la final görüşü olacaq. Hər şeyimizi ortaya qoyacağıq. Təslim olmayacağıq, ölməmişik, hələ də diriyik. Nə qədər ki həyat var, deməli, ümid var”.

Qeyd edək ki, son tur öncəsi “Qarabağ” 7 xalla ikinci, “Nant” isə 6 xalla üçüncü pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0