Çempionlar Liqasının favoritləri: Tarixində ilk dəfə...
28.08.2022 - 11:19
Çempionlar Liqasının favoritləri: Tarixində ilk dəfə...

Çempionlar Liqasında qrupların tərkibi bilindikdən sonra mövsümün favoritləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmekerlər bu dəfə “Mançester Siti”yə üstünlük verirlər.

Titul qazanmaq üçün ən yaxşı şansa malik Pep Qvardiolanın kollektivi tarixlərində ilk dəfə 3,70 əmsalla qiymətləndirilib. İkinci iddiaçı PSJ göstərilib. Parislilərin uğuruna mərc 5,50-dir. “Liverpul” ilk “üçlüy”ün (6,00) son sakinidir.

“Ölüm qrupu”nda yer alan “Bavariya”ya 6,70-lik mərc etmək olar. Ötən mövsümün qalibi və Çempionlar Liqasının ən titullu klubu “Real” siyahıda yalnız beşincidir. Madridlilərin uğuru təkrarlaması 8,00 əmsala bərabərdir.

Digər nəhənglərin çempionluq şansı bu cür qiymətləndirilib: “Barselona” (13,00), “Tottenhem”, “Çelsi”, “Atletiko” (hamısı 15,00), “Yuventus” (25,00), “İnter” (40,00), “Milan”, “Ayaks”, “Borussiya” (hamısı 50,00), “Napoli” (120,00).

writer photo
Əlirza Əlirzalı
0