"Qarabağ"ın oyununun biletləri satışa çıxır
22.08.2024 - 20:46
"Qarabağ"ın oyununun biletləri satışa çıxır

Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Turan Tovuz” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" qarşılaşması avqustun 24-də saat 18:15-də "Azersun Arena"da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0